Bu qurum yenidən təşkil olunur

"Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yenidən təşkil olunacaq.

Day.Az xəbər verir ki, Trend bu barədə Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən məlumat verir. 

Belə ki, "Bakı Telefon Rabitəsi" MMC, "Az-Evro Tel" MMC, "Aztelekom" İstehsalat Birliyinin Beynəlxalq Avtomat Telefon Stansiyası, Gəncə Telekommunikasiya İdarəsi, "Azərrabitəlayihə" MMC və Sumqayıt Telekommunikasiya Qovşağının ləğv edilərək "Aztelekom" MMC-yə qoşulması barədə qərar qəbul edilib.

Buna görə də "Aztelekom" MMC yenidən təşkil olunacaq.

Qeyd edək ki, "Aztelekom" 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 22 525 383 manat olan MMC-nin qanuni təmsilçisi Ömərov Həsən Hüseyin oğludur.