https://news.day.az/azerinews/1748370.html
Ərdoğan Suriyaya qayıdan miqrantların sayını açıqladı
"Türkiyədə ümumilikdə 4 milyon 33 min qaçqın var". Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Onun sözlərinə görə, həmin şəxslərin 2 milyon 869 mini suriyalıdır.
Ərdoğan Suriyaya qayıdan miqrantların sayını açıqladı

"Türkiyədə ümumilikdə 4 milyon 33 min qaçqın var".
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxslərin 2 milyon 869 mini suriyalıdır. Türkiyə lideri bildirib ki, Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra 200 min suriyalı öz vətəninə qayıdıb:
"Suriyada 13,5 il davam edən zülm və qarşıldurmalar ötən il dekabrın 8-də başa çatdı. Suriyada sabitlik və təhlükəsizlik mühiti yaxşılaşdıqca geri qayıdanların sayı da artdı və 200 min nəfərə çatdı".
Bununla yanaşı, ümumilikdə Suriyaya qayıdan qaçqınların sayının 931 min 450 nəfər təşkil etdiyi qeyd olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре