Laçında 7046 ədəd çətənə kolu məhv edilib

Laçında 7046 ədəd çətənə kolu məhv edilib.

Day.Az xəbər verir ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2025" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zabux kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

 

Ümumi çəkisi 1 tondan artıq olan 7046 ədəd çətənə kolu yandırılaraq məhv edilib.