https://news.day.az/azerinews/1764096.html
Ərzurumda karxanada uçqun: 3 nəfər həlak olub
Türkiyənin Ərzurum vilayətinin Oltu bölgəsindəki karxanada qayanın uçması nəticəsində 3 nəfər həlak olub. Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, faciə bu gün səhər qara kəhrəba hasil olunduğu ərazidə baş verib. Məlumata görə, hadisə yerinə qısa müddətdə xilasetmə, yanğınsöndürən, jandarmeriya və həkim qrupları yönləndirilib.
Ərzurumda karxanada uçqun: 3 nəfər həlak olub

Türkiyənin Ərzurum vilayətinin Oltu bölgəsindəki karxanada qayanın uçması nəticəsində 3 nəfər həlak olub.
Day.Az türk KİV-lərinə istinadən xəbər verir ki, faciə bu gün səhər qara kəhrəba hasil olunduğu ərazidə baş verib.
Məlumata görə, hadisə yerinə qısa müddətdə xilasetmə, yanğınsöndürən, jandarmeriya və həkim qrupları yönləndirilib. Həlak olan iki nəfərin cəsədi yer altından çıxarılıb, bir fəhlə isə ağır yaralı halda çıxarılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре