Tramp Qəzzada nizamlanmaya çağırıb

ABŞ prezidenti Donald Tramp Qəzza zolağının nizamlanmasına, girovların qaytarılmasına çağırıb.

Day.Az-ın məlumatına görə, bu barədə ABŞ prezidenti "Truth Social" sosial şəbəkəsində yazıb.

 

"Qəzzə ilə bağlı razılaşma lazımdır, girovlar qaytarmalıdır!!!" - deyə o bildirib.

Bundan əvvəl D.Tramp Qəzza zolağında münaqişənin həllində mühüm irəliləyişin əldə olunduğunu bildirib.