https://news.day.az/azerinews/1785339.html Bərdədə avtomobili kanala düşən sürücünün SON VƏZİYYƏTİ Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib. Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, "VAZ 2107" və "Mercedes" markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanlar var.

Bərdədə avtomobili kanala düşən sürücünün SON VƏZİYYƏTİ

Azərbaycanca, 3 октября 2025 15:00 (UTC +04:00) 300
Bərdədə avtomobili kanala düşən sürücünün

Bərdədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 2000-ci il təvəllüdlü şəxs (kişi cinsli) 03.10.2025-ci il tarixində saat 15:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilir ki, sağ bud sümüyünün burmaaltı çoxqəlpəli yerdəyişmiş sınığı, sağ göz altının əzilmiş cırılmış yarası diaqnozları təyin edilən şəxsin müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

xxx

16:10

Xəbər verildiyi kimi, Bərdədə avtomobil su kanalına düşüb.

Trend-in yerli müxbiri xəbər verir ki, VAZ 2106 markalı avtomobilin sürücüsü Bərdə rayon sakini 2000 - ci il təvəllüdlü Mustafazade Elgün İdarəetməni itirərək su kanalına düşüb.

Sürücü E. Mustafazadə avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılıb.

xxx

15:45

Bərdədə avtomobil kanala düşüb.

Trend xəbər verir ki, hadisə Qarabağ kanalının Bərdə rayon Bala Ərəblər kəndi ərazisindən keçən hissəsində baş verib.

Hadisə yerinə FHN -nin Qarabağ regional idarəsinin Xilasedici qrupu çağrılıb.

Hazırda avtomobilin sürücüsünün kimliyi, xəsarət alanların olub-olmadığı araşdırılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости