https://news.day.az/azerinews/1785348.html İşlədikləri şirkətin 180 minini mənimsədilər "Saloğlu Kommersiya" MMC-nin əməkdaşı olmuş üç nəfər cinayət məsuliyyətinə cəlb edilib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gülşən Xəlfəyeva, Nicat Həbibov və Məhəmməd Məmmədov şirkətin 179 min manatını mənimsəməkdə ittiham olunurlar. İstintaq müəyyən edib ki, cinayət yolu ilə qazanılmış həmin pullar leqallaşdırılıb.

İşlədikləri şirkətin 180 minini mənimsədilər

Azərbaycanca, 3 октября 2025 15:30 (UTC +04:00) 432
İşlədikləri şirkətin 180 minini mənimsədilər

"Saloğlu Kommersiya" MMC-nin əməkdaşı olmuş üç nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gülşən Xəlfəyeva, Nicat Həbibov və Məhəmməd Məmmədov şirkətin 179 min manatını mənimsəməkdə ittiham olunurlar.

İstintaq müəyyən edib ki, cinayət yolu ilə qazanılmış həmin pullar leqallaşdırılıb. 

Gülşən Xəlfəyeva və Nicat Həbibov həbs edilib, M.Məmmədov isə polis nəzarətindədir. 

İlkin istintaq müddətində zərərçəkmiş şirkətə dəymiş ziyandan 30 min manatı G.Xəlfəyeva və M.Məmmədov tərəfindən ödənilib. 

Hazırda toplanmış sübutlar baxılması üçün məhkəməyə göndərilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости