Beynəlxalq konfrans iştirakçıları Zəngilan məscidində namaz qalıblar - YENİLƏNİB - FOTO
.png)
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans iştirakçılarının Zəngilan məscidində namaz qalıblar.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində Zəngilan şəhərində yeni inşa olunan məsciddə olub, onlara məscid haqqında məlumat verilib. Daha sonra səfər iştirakçıları məsciddə dualar oxuyub namaz qılıb.
Qeyd edək ki, Zəngilan məscidi,. 2020-ci ildə Zəngilan azad edildikdən sonra yanındakı tarixi İmam Hüseyn məscidinin qalıqları bərpa edilmiş, yanında isə yeni məscidin təməli 2023-cü il aprelin 26-da İlham Əliyev tərəfindən qoyulmuş və inşa edilib.
---------
15:05
Trend-in Qarabağ bürosunun xəbərinə görə, konfrans iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri çərçivəsində işğaldan azad olunmuş Zəngilan rayonuna gəliblər. Konfrans iştirakçıları Zəngilan rayonuna səfəri zamanı yenidən qurulan Ağalı kənd mərkəzindəki "ZƏFƏR" abidəsini ziyarət edib.
Səfər iştirakçılarının Zəngilan rayonu Ağalı kəndində əhalinin qayıdışı üçün yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, ötən gün, konfrans iştirakçıları günün birinci yarısında Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində aşkarlanan kütləvi məzarlıq, Şuşa şəhərində azərbaycanlı əsirlərin saxlandığı Şuşa həbsxanası ilə də tanış olublar
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре