https://news.day.az/azerinews/1787957.html “Sədərək”dəki insidentlə bağlı DİN-dən AÇIQLAMA - VİDEO Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzində yerləşən bəzi reklam qurğularının sökülməsinə başlanılıb. Day.Az xəbər verir ki, müəyyən edilmiş tələblərə cavab verməyən lövhələrin yığışdırılması ticarət mərkəzində tərəflər arasında insident yaradıb.

“Sədərək”dəki insidentlə bağlı DİN-dən AÇIQLAMA - VİDEO

Azərbaycanca, 14 октября 2025 10:17 (UTC +04:00) 316
“Sədərək”dəki insidentlə bağlı DİN-dən

Xəbər verdiyimiz kimi, "Sədərək" Ticarət Mərkəzində yerləşən bəzi reklam qurğularının sökülməsinə başlanılıb. 

Day.Az xəbər verir ki, müəyyən edilmiş tələblərə cavab verməyən lövhələrin yığışdırılması ticarət mərkəzində tərəflər arasında insident yaradıb. İlkin məlumatda mərkəzin mühafizəçilərinin Dövlət Reklam Agentliyinin əməkdaşlarını döyərək ərazidən uzaqlaşdırdığı bildirilib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov müraciətimizə cavab olaraq bildirib ki, Qaradağ RPİ-nin İstintaq Şöbəsində hadisənin təfərrüatları ilə bağlı araşdırma aparılır: "Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin edilib. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости