https://news.day.az/azerinews/1791729.html Toy günü ölən gəlinin qohumu danışdı Xəbər verdiyimiz kimi, Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın toy günü faciə ilə nəticələnib. Gənc gəlin toy zamanı özünü pis hiss edib və xəstəxanaya aparılsa da, həyatını itirib. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, gəlinin əmisioğlunun sözlərinə görə, toy qaydasında və xoş keçib:

Toy günü ölən gəlinin qohumu danışdı

Azərbaycanca, 29 октября 2025 17:51 (UTC +04:00) 353
Toy günü ölən gəlinin qohumu danışdı

Xəbər verdiyimiz kimi, Astaranın Dolu kəndində 17 yaşlı Əfsanə Maqsud qızı İmanovanın toy günü faciə ilə nəticələnib. Gənc gəlin toy zamanı özünü pis hiss edib və xəstəxanaya aparılsa da, həyatını itirib.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, gəlinin əmisioğlunun sözlərinə görə, toy qaydasında və xoş keçib:

"Axşam saatlarında Əfsanənin vəziyyətinin yaxşı olmadığı və xəstəxanaya yerləşdirildiyini eşitdik. Səhər saatlarında isə dünyasını dəyişib. Onun səhhətində heç bir problem olmayıb, sağlamlığı ilə bağlı şikayəti yox idi". 

Qeyd edək ki, Əfsanə uzun müddət nişanlısı ilə birgə yaşasa da, rəsmi toy mərasimi oktyabrın 28-də baş tutub. 

Pəlikəş kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Xəqani Xalıbov Bizim.Media-ya bildirib ki, gəlin 7 aylıq hamilə olub və valideynlər bu vəziyyəti gizlətmək üçün toyun təşkilini tələsdiriblər. Onun sözlərinə görə Əfsanə və həyat yoldaşı Dolu kəndində qeydiyyatda olsalar da, ailələri ilə birlikdə Bakının Zirə qəsəbəsində yaşayırmışlar.

Xəstəxanada aparılan müayinələr zamanı məlum olub ki, 7 aylıq döl artıq bətnində ölüb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq, Əfsanənin özünü də xilas etmək mümkün olmayıb. O, saat 15:00 radələrində dünyasını dəyişib.

Hadisə ilə bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости