Bakıda hərbi parada hazırlıq keçirilib - FOTO
Bakıda Vətən müharibəsində qazanılan qələbənin 5-ci ildönümünə həsr olunmuş hərbi parada hazırlıq keçirilib.
Day.Az xəbər verir ki, parada hazırlıqla bağlı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin bölmələri ilə məşqlər keçirilir, hərbi texnikalar nümayiş etdirilib.
Bundan əlavə, bu gün Bakıda Zəfər Gününün beşinci ildönümünün qeyd olunması münasibətilə hərbi orkestrlərin müşayiəti ilə yürüşlər keçirilib. Şəhidlər xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - Qala Qapısı - Azərbaycan Dövlət Kukla teatrı - Azneft dairəsi - Bəhram Gur heykəli, eləcə də "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev Sarayı - İmadəddin Nəsimi heykəli - Neftçilər prospekti istiqamətlərində də yürüşlər olub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре