https://news.day.az/azerinews/1794517.html
Boksçumuz İslamiadada qızıl medal qazanıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir. Day.Az APA-ya istinadən xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində döyüşən Səidcəmşid Cəfərov bu gün final görüşünə çıxıb. İdmançımız türkiyəli Sultan Osmanlı ilə üz-üzə gəlib.
Boksçumuz İslamiadada qızıl medal qazanıb
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunları çərçivəsində boks yarışları davam edir.
Day.Az APA-ya istinadən xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində döyüşən Səidcəmşid Cəfərov bu gün final görüşünə çıxıb.
İdmançımız türkiyəli Sultan Osmanlı ilə üz-üzə gəlib.
Təmsilçimiz bu görüşdə qalib gələrək qızıl medala sahib çıxıb.
Qeyd edək ki, Azərbaycan idmançılarının da iştirak etdiyi VI İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре