https://news.day.az/azerinews/1795045.html Ağrıkəsicilərdən çox istifadə edənlərin DİQQƏTİNƏ - Xroniki xəstəliyə səbəb ola bilər Uzun müddət paraçetamol, ibuprofen və ya kodein tərkibli dərmanlar kimi ağrıkəsicilərin qəbulu yalnız ağrını yüngülləşdirmir, əksinə onun yaranmasına səbəb ola bilər. Day.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə "Science Alert" məlumat yayıb.

Ağrıkəsicilərdən çox istifadə edənlərin DİQQƏTİNƏ - Xroniki xəstəliyə səbəb ola bilər

Azərbaycanca, 14 ноября 2025 01:39 (UTC +04:00) 344
Ağrıkəsicilərdən çox istifadə edənlərin

Uzun müddət paraçetamol, ibuprofen və ya kodein tərkibli dərmanlar kimi ağrıkəsicilərin qəbulu yalnız ağrını yüngülləşdirmir, əksinə onun yaranmasına səbəb ola bilər.

Day.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə "Science Alert" məlumat yayıb.

Tədqiqatlara görə, əhalinin təxminən 20%-i, əsasən qadınlar, dərmanla əlaqəli baş ağrısı ilə qarşılaşır.

Problem dozanın düzgün saxlanmasına baxmayaraq, ortaya çıxır. Əgər dərmanlar ayda 15 gündən çox qəbul olunursa, xüsusilə opiat tərkibli vasitələrdə bu limit ayda 10 günü aşırsa, xroniki baş ağrıları müşahidə oluna bilir.

Mütəxəssislər baş ağrısı ayda iki həftədən çox təkrarlanarsa, müalicənin düzgün tənzimlənməsi üçün həkimə müraciət etməyi tövsiyə edirlər.

Adətən ağrıkəsicilərin qəbulunu dayandırdıqdan sonra simptomlar zəifləyir və ya tamamilə yox olur. Bəzi hallarda müalicəyə dərmanların dəyişdirilməsi, psixoterapiya, həyat tərzində dəyişikliklər, fiziki məşqlər və qidalanmada düzəlişlər daxil edilə bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости