Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumunun ilk günü başa çatıb - FOTO
Bakıda türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının Media Forumunun ilk günü başa çatıb.
Trend xəbər verir ki, Forum çərçivəsində iki panel sessiyanın keçirilməsi nəzərdə tutulub.
Panel sessiyaları "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" və "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzularına həsr olunacaq.
Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunan panel sessiya keçirilib. Panel müzakirəyə "AnewZ" beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Qazaxıstan Respublikasının "Xabar" Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı spiker qismində çıxış ediblər.
Müzakirələr zamanı iştirakçılar qlobal informasiya risklərinin sürətlə artması, dezinformasiya kampaniyalarının sərhədləri aşan şəkildə yayılması fonunda türk dövlətlərinin media ekosistemində dayanıqlılığın gücləndirilməsinin strateji zərurətə çevrildiyini vurğulayıblar.
Qeyd olunub ki, müasir informasiya mühitində məlumatın etibarlılığının qiymətləndirilməsi, tənqidi düşünmə və analitik bacarıqların artırılması, rəqəmsal media tendensiyalarının operativ şəkildə mənimsənilməsi, eləcə də türk dövlətləri üzrə davamlı və təhlükəsiz media ekosisteminin formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.
Qeyd olunub ki, ortaq tarixi-mədəni bağlara malik türk dövlətləri arasında media sahəsində əməkdaşlığın dərinləşdirilməsi, vahid media standartlarının formalaşdırılması və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi müasir çağırışlara adekvat reaksiya verilməsi baxımından xüsusilə vacibdir.
İlk çıxış edən Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunan panel sessiyada deyib ki, dünyada media yarandığı gündən təhdid və təqiblərlə formalaşıb. Media bu təhdidlər fonunda böyüyür, inkişaf edir və buna qarşı onda immunitet formalaşır.
N.Məmmədli bildirib ki, hazırkı dövrdə media senzurasının mahiyyəti dəyişib.
"İndi informasiya bolluğu insanlara laızm olan məlumatı tapıb seçməkdə çətinlik yaradır. Süni intellekt əsaslı informasiyaların, feyk-nyusların artımı peşəkar medianın inkişafında ciddi əngəllərdən biridir. Yeni "Media haqqında" Qanun Azərbaycan unformasiya məkanının qorunması üçün hüquqi immunitet rolunu oynayır", - deyə o vurğulayıb.
O, həmçinin qeyd edib ki, növbəti ay Azərbaycanda media savadlılığı həftəsi başlayacaq.
Daha sonra Qazaxıstanın "Xabar" Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı bildirib ki, Qazaxıstan Prezidentinin xarici səfərləri zamanı ölkəmizlə bağlı saxta informasiyalar yayılırdı. Biz çalışırdıq ki, daha çox ələkdən keçirilmiş, dəqiqləşdirilmiş məlumatları yayaq.
O bildirib ki, tədricən və ya sürətli şəkildə yayılan feyk-nyuslar cəmiyyətdə müəyyən çaşqınlıq yaradır: "Məqsəd cəmiyyətdə, insanlarda formalaşan fikir və rəyə təsir göstərmək, ölkədəki daxili nizamı pozmaqdır".
Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunan panel sessiyada çıxışında qeyd edib ki, biz artıq geosiyasi transformasiyadan astrosiyası informasiya dövrünə keçmişik.
O bildirib ki, bu gün müasir, peyk texnologiyaları inkişaf etdirilmirsə, medianı da inkişaf etdirmək mümkün deyil:
"Müasir texniki dəyişikliklərin mediaya təsirləri müşahidə edilib, araşdırılmalıdır. Süni intellekt çox sürətki alqoritmlərdir. Xarici şəbəkələr süni intellekti çox yaxşı şəkildə mənimsəyiblər. Biz də bu istiqamətdə inkişaf etməliyik".
İşbilir vurğulayıb ki, türk dünyasında yeni bir intibah dövrü yaşanır.
"Biz eyni cəbhədə çıxış etsək, bir-birimizə qarşı çıxmasaq, media bizim ən böyük silahımıza çevrilə bilər.
Azərbaycanda bu imkanları test edirik. Türkiyə-Azərbaycan media platformasının hansı işlər görə biləcəyini nəzərdən keçiririk", - deyə o qeyd edib.
Öz növbəsində Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində baş tutan "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunan panel sessiyada çıxışı zamanı vurğulayıb ki, "Youtube", "TikTok", "İnstagram" və digər sosial şəbəkələrin TDT-də nümayəndəliyinin yaradılması təkliflər arasındadır.
O bildirib ki, media savadlılığı hər zaman insanların həyatında ön sırada olmalıdır:
"Media savadlılığı beynimizə həkk olunmalıdır. Bizim üçün əsas məsələ o olmalıdır ki, məlumatı təqdim edilən kimi qəbul etməyək. Boşuna deməyiblər ki, informasiya 21-ci əsrin neftidir. Biz nefti necə emal ediriksə, informasiyaya da eyni şeyi tətbiq etməliyik".
Baş mütəxəssis əlavə edib ki, ölkəsində sosial mediaların rəsmi nümayəndəlikləri yoxdur.
"Yaxşı onlardı ki, "Instagram", "Facebook", "Youtube", "TikTok"un Türk Dövlətləri Təşkilatı çərçivəsində nümayəndəliyi yaradılsın", - deyə o qeyd edib.
Daha sonra Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində "Rəqəmsal media mühitində TDT-yə üzv dövlətlərin qarşılıqlı əməkdaşlıq imkanları" mövzusunda ikinci panel sessiya keçirilib.
panel sessiya CBC telekanalının baş redaktoru, Xəbərlər, xüsusi layihələr və SMM şöbəsinin rəhbəri Elmira Musazadənin moderatorluğu ilə keçirilib.
Panel sessiyada Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Beynəlxalq Parlamentlərarası İttifaqın (IPU) Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova, "Qazaxıstan" Respublika Teleradio Korporasiyası Səhmdər Cəmiyyətinin "Balapan" telekanalının direktoru Makpal Ukenova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında Kütləvi İnformasiya Vasitələri üçün Məzmunun İstehsalı Mərkəzinin departament rəhbəri Tohir Umarov və Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı spiker qismində çıxış ediblər.
Spikerlər rəqəmsal media mühitində əməkdaşlıq mexanizmlərinin formalaşdırılması, birgə kontent istehsalının təşviqi, informasiya mübadiləsinin genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.
Paneldə vurğulanıb ki, rəqəmsal informasiya mühitində sürətlə baş verən dəyişikliklər TDT ölkələri arasında daha çevik və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq platformalarının qurulmasını zəruri edir.
Qeyd edilib ki, ortaq rəqəmsal layihələrin icrası, informasiya axınının operativ idarə edilməsi və media qurumları arasında əlaqələrin möhkəmləndirilməsi üzv dövlətlərin kommunikasiya imkanlarını genişləndirə, regionda vahid və dinamik media məkanının formalaşmasına şərait yarada bilər.
Forum çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Media əlaqələri üzrə meneceri Eldar Rəsulov "Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində media imkanları" mövzusunda təqdimatla çıxış edərək 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun dayanıqlı şəhər inkişafı, modern urbanistika və "ağıllı şəhər" konsepsiyalarının müzakirə ediləcəyi ən böyük qlobal platformalardan biri olduğunu diqqətə çatdırıb.
O qeyd edib ki, WUF13 çərçivəsində media üçün geniş imkanlar yaradılacaq, jurnalistlər üçün yüksək sürətli internet, tam təchiz olunmuş iş masaları, press-konfrans və müsahibə otaqları ilə təmin olunmuş Media Mərkəzi fəaliyyət göstərəcək.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре