https://news.day.az/azerinews/1798127.html Almaniyadakı soydaşımız dünyanın ən nüfuzlu alimlərinin sırasında yer alıb - FOTO Almaniyadakı diasporumuzun fəal üzvlərindən olan Elxan Riçard Sadıxzadə elm sahəsində uzunmüddətli fəaliyyətinə görə dünyanın ən nüfuzlu alimlərinin reytinq cədvəlinə (Career-Long Impact) daxil edilib. Bu barədə Day.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Almaniyadakı soydaşımız dünyanın ən nüfuzlu alimlərinin sırasında yer alıb - FOTO

Azərbaycanca, 26 ноября 2025 20:25 (UTC +04:00) 829
Almaniyadakı soydaşımız dünyanın ən nüfuzlu alimlərinin sırasında yer alıb

Almaniyadakı diasporumuzun fəal üzvlərindən olan Elxan Riçard Sadıxzadə elm sahəsində uzunmüddətli fəaliyyətinə görə dünyanın ən nüfuzlu alimlərinin reytinq cədvəlinə (Career-Long Impact) daxil edilib.

Bu barədə Day.Az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, azərbaycanlı alim, həmçinin 2022-ci ildən ABŞ-nin Stenford Universiteti və dünyanın ən böyük elmi ədəbiyyat nəşriyyatlarından olan "Elsevier"in hazırladığı "Top 2% Scientists" siyahısında yer alıb. Onun elmi fəaliyyəti ardıcıl dördüncü ildir ki, "Single Year Impact" kateqoriyasında "Yeni texnologiyaların tətbiqinin iqtisadiyyatı" sahəsi üzrə yüksək qiymətləndirilir.

 

Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Kölndə keçirilən Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumunun Təşkilat Komitəsinin sədri Elxan Riçard Sadıxzadə hazırda Almaniya Federativ Respublikasının, Koreya Respublikasının, Cənubi Afrika Respublikasının və İtaliya Respublikasının universitetlərində elmi-pedaqoji fəaliyyətlə məşğuldur.

O, 2019-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) fəaliyyət göstərən Avropa İqtisadiyyatı Mərkəzinin təsisçisi və rəhbəridir. Çoxsaylı elmi layihələrin, yeni iqtisadi nəzəriyyələrin müəllifi, eləcə də müxtəlif qrant müsabiqələrinin qalibidir.

  • Almaniyadakı soydaşımız dünyanın ən nüfuzlu alimlərinin sırasında yer alıb
  • Almaniyadakı soydaşımız dünyanın ən nüfuzlu alimlərinin sırasında yer alıb
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости