TDT-nin Media Forumu çərçivəsində türk dövlətlərinin media ekosisteminə həsr olunan panel sessiya keçirilir

Bakıda Türk Dövlətləri Təşkilatının Media Forumu çərçivəsində "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" mövzusuna həsr olunan panel sessiya keçirilir.

Day.Az xəbər verir ki, panel müzakirəyə "AnewZ" beynəlxalq televiziya kanalının icraçı direktoru Rüfət Həmzəyev moderatorluq edir.

Sessiyada Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Qazaxıstan Respublikasının "Xabar" Agentliyinin sədrinin müavini Dauletxan Jiyenkulov, Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin İnformasiya siyasəti departamentinin baş mütəxəssisi Zarina Kalmuratova, Türkiyənin ölkəmizdəki səfirliyinin mətbuat müşaviri Alptekin Cihangir İşbilir, Şimali Kipr Türk Respublikasının xarici işlər nazirinin müavini Mustafa Lakadamyalı spiker qismində çıxış edəcəklər.