https://news.day.az/azerinews/1802662.html “Zabitənin avtomobili yoxdur” deyib kövrəldi Müğənni Nadir Qafarzadə efirdə duyğusal anlar yaşayıb. Day.Az xəbər verir ki, o, "Mədəni şou"da qonaq olarkən ifaçı Zabitə Alıyevadan danışıb və onun avtomobili olmadığını xatırlayaraq kövrəlib. Qafarzadə ifaçı ilə bağlı bu sözləri deyib: "Bu sənət abır-həya sevmir. Abırlısan evində otur, səhnədə nə işin var ?

“Zabitənin avtomobili yoxdur” deyib kövrəldi

Azərbaycanca, 15 декабря 2025 21:36 (UTC +04:00) 350
“Zabitənin avtomobili yoxdur” deyib kövrəldi

Müğənni Nadir Qafarzadə efirdə duyğusal anlar yaşayıb.

Day.Az xəbər verir ki, o, "Mədəni şou"da qonaq olarkən ifaçı Zabitə Alıyevadan danışıb və onun avtomobili olmadığını xatırlayaraq kövrəlib. Qafarzadə ifaçı ilə bağlı bu sözləri deyib:

"Bu sənət abır-həya sevmir. Abırlısan evində otur, səhnədə nə işin var ? Zabitə o ifaçılardandır ki, əziyyət çəkir. Bir şey danışmaq istəyirəm, bir gün şəhərdə Zabitəni gördüm, maşınsız idi. Hər gün işə avtobusla gedir gəlir. Avtobusla getmək pis deyil, amma Zabitənin şəxsi maşını olmalıdır. Niyə də yox? Sənəti pisdir? İnsanlığı pisdir? Avtomobili olanların hansından pisdir? Ürəyim ağrıdı. Allah mənə ruzi yetirsin, ona maşın hədiyə edim. Elə insanlar var ki, sənətkar olaraq komfortla yaşamağa haqqı var. Allah sənin özünə yetirsin, amma yetirməsə də bəlkə mən vasitəçi olaram buna. Avtomobilə oturanda deyərsən Nadir əmidən yadigar qalıb mənə". (olay)

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости