https://news.day.az/azerinews/1803862.html Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... - FOTO Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib.

Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur... - FOTO

Azərbaycanca, 20 декабря 2025 10:03 (UTC +04:00) 339
Bu restoranların menyularında “dəvə qutabı” olsa da, özü yoxdur...

Daxil olan müraciətlər əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində reyd keçirib.

Day.Az xəbər verir ki, yoxlama zamanı "Nicat" restoranı və "Balıqçı" kafesində "dəvə qutabı" adı ilə istehlakçılara təqdim olunan qutabların tərkibindəki ətlərin mənşəyi və təhlükəsizliyi barədə sənədlərinin mövcud olmadığı məlum olub. Bununla da "Qida təhlükəsizliyi haqqında" və "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunların tələblərinin pozulduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliklə müəyyən olunmuş zəruri tədbirlərin görülməsi üçün sahibkarlara müvafiq göstərişlər verilib.

Reyd zamanı "Rest Time", "Diana", "Santo Mare", "Sun Set", "Duyğu", "Yaxta", "Gəmi" restoranlarının menyularında "dəvə qutabı" qeyd olunsa da, sahibkarları uzun müddətdir ki, bu xidmətin dayandırıldığını bildiriblər.

Qeyd olunub ki, nəzarət tədbirləri davam etdirilir.




Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости