https://news.day.az/azerinews/1804020.html Oğuzda ağır qəza - Ölən və yaralananlar var - YENİLƏNİB - FOTO Oğuzda ölümlə nəticələnən yol qəzası olub. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan "Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.

Oğuzda ağır qəza - Ölən və yaralananlar var - YENİLƏNİB - FOTO

Azərbaycanca, 20 декабря 2025 22:35 (UTC +04:00) 404
Oğuzda ağır qəza - Ölən və yaralananlar var

Oğuzda baş verən ağır yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

Day.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, bu gün saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində "Mercedes Vito" markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

xxx

21:44

Oğuzda ölümlə nəticələnən yol qəzası olub.

Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

  • Oğuzda ağır qəza - Ölən və yaralananlar var
  • Oğuzda ağır qəza - Ölən və yaralananlar var
  • Oğuzda ağır qəza - Ölən və yaralananlar var
  • Oğuzda ağır qəza - Ölən və yaralananlar var
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости