40 gün, 40 gecə toy etdilər - FOTO
Tennis üzrə keçmiş dünya birincisi Venera Uilyams ailə həyatı qurub.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə 45 yaşlı əfsanə sosial şəbəkə hesablarında məlumat verib.
"Bəli, doğrudur, mən evləndim. Bu, bir yuxu idi və hələ də elədir", - deyə fərdi yarışlarda "Böyük dəbilqə" turnirlərinin yeddiqat qalibi və dördqat olimpiya çempionu yazıb.
Cütlüyün toy mərasimi 1 həftə davam edib.
İlk olaraq İtaliyada, daha sonra Florensiya və Palm-Biçdə qonaqlar üçün böyük toy tədbirləri təşkil olunub. Tədbirlər çərçivəsində partilər, lüks naharlar və hətta idman əyləncələri də keçirilib.
Cütlüyün toy mərasimlərinə onların dostları, qohumları və yaxınları qatılıb.
Qeyd edək ki, Uilyamsın seçdiyi şəxs 37 yaşlı aktyor və prodüser Andrea Preti olub. Cütlük bu ilin iyul ayında nişanlandıqlarını elan edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре