https://news.day.az/azerinews/1824586.html
97 yaşlı qadın yol qəzasında yaralandı
Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 140-cı kilometrliyində qəza baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Balakən rayonunun Katex kəndi ərazisində "Mazda" və "VAZ 2107" markalı avtomobillər toqquşub.
97 yaşlı qadın yol qəzasında yaralandı
Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistral yolunun 140-cı kilometrliyində qəza baş verib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Balakən rayonunun Katex kəndi ərazisində "Mazda" və "VAZ 2107" markalı avtomobillər toqquşub.
Nəticədə "Mazda"nın sürücüsü, Zaqatala rayon sakini 34 yaşlı Nərgiz Nuriyeva, həmin avtomobildə olan sərnişin 97 yaşlı Səadət Şabanova və digər avtomobili idarə edən Balakən sakini 19 yaşlı Dahil Rəcəbov müxtəlif dərəcəli xəsarətlər alıb.
Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən sürücülərin vəziyyəti qənaətbəxş, 97 yaşlı S.Şabanovanın vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре