İrandan buraxılan ballistik raket zərərsizləşdirilib - Türkiyə Milli Müdafiə Nazirliyi
İrandan buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik raket zərərsizləşdirilib.
Day.Az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
"İrandan buraxılan və Türkiyə hava məkanına daxil olduğu müəyyən edilən ballistik raket Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib. Ölkəmizin ərazisinə və hava məkanına yönəlmiş bütün təhdidlərə qarşı bütün zəruri tədbirlər qətiyyətlə və tərəddüd etmədən görülür və regiondakı bütün gedişatlar milli təhlükəsizliyimiz prioritet olaraq diqqətlə izlənilir", - deyə qeyd edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре