https://news.day.az/azerinews/1827658.html Xalq artisti Maqsud Məmmədov vəfat etdi Görkəmli baletmeyster, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov vəfat edib. Day.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, 97 yaşlı Xalq artisti bu gün dünyasını dəyişib.

Xalq artisti Maqsud Məmmədov vəfat etdi

Azərbaycanca, 13 апреля 2026 17:42 (UTC +04:00) 325
Xalq artisti Maqsud Məmmədov vəfat etdi

Görkəmli baletmeyster, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Maqsud Məmmədov vəfat edib.

Day.Az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 97 yaşlı Xalq artisti bu gün dünyasını dəyişib.  

Maqsud Məmmədov dünya və Azərbaycan balet sənəti nümunələrində mürəkkəb partiyaları - Ziqfrid ("Qu gölü"), Albert ("Jizel"), Bazil ("Don Kixot"), Polad ("Qız qalası"), Azad ("Gülşən), Fərhad ("Məhəbbət əfsanəsi"), Lenni ("İldırımlı yollarla") və s. böyük uğurla ifa edib, baletsevərlərin dərin rəğbətini qazanıb.

Qeyd edək ki, Maqsud Məmmədov 1955-ci ildə "Əməkdar artist", 1970-ci ildə isə "Xalq artisti" fəxri adlarına layiq görülüb. 2019-cu ildə "Şöhrət" ordeni ilə təltif olunan sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости