Bakıdan yola düşən ilk sərnişin qatarı Kürdəmirə çatdı - YENİLƏNİB - FOTO
Bakıdan yola düşən ilk rəmzi qatar Kürdəmirə çatıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, qatar Bakıdan Kürdəmirə 2 saat 11 dəqiqəyə çatıb.
Məlumat üçün bildirək ki, Kürdəmirə dəmir yolu ilə sərnişin daşınmasına isə aprelin 18-dən start veriləcək.
09:06
xxx
Bakıdan Kürdəmirə ilk rəmzi sərnişin qatarı yola düşüb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, Kürdəmirə qatarla səyahət edən ilk sərnişinlər media nümayəndələridir.
Kürdəmirə dəmir yolu ilə sərnişin daşınmasına isə aprelin 18-dən start veriləcək.
Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı-Ağstafa-Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq.
Bilet satışı 17 aprel tarixindən başlayır.
Xatırladaq ki, Kürdəmir istiqamətində sərnişindaşımanın təşkili ilə bağlı hazırlıq işlərinə bu ilin fevralında başlanılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре