https://news.day.az/azerinews/1828518.html Xəzərdə suitilərin kütləvi ölümü Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan rayonu ərazisində Xəzər dənizinin sahillərində Qırmızı Kitaba daxil edilmiş 97 Xəzər suitisinin leşi aşkarlanıb. Day.Az-a Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Xəzərdə suitilərin kütləvi ölümü

Azərbaycanca, 17 апреля 2026 15:13 (UTC +04:00) 258
Xəzərdə suitilərin kütləvi ölümü

Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan rayonu ərazisində Xəzər dənizinin sahillərində Qırmızı Kitaba daxil edilmiş 97 Xəzər suitisinin leşi aşkarlanıb.

Day.Az-a Trend-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Qurumun məlumatına görə, 17 aprel tarixinə olan vəziyyətə əsasən, qərb küləyi nəticəsində Tupkaragan rayonu çərçivəsində Xəzər dənizi sahilinə 97 baş suitinin leşi çıxarılıb. Heyvanların ölüm səbəblərini müəyyən etmək üçün mütəxəssislər cəsədlərdən nümunələr götürüblər.

"Hidrobiologiya və ekologiya institutunun əməkdaşlarının fikrincə, suitilərin ölümü bir aydan artıq müddət əvvəl baş verib, lakin onlar leşləri yalnız indi Manqistau vilayətinin Tupkaragan rayonu sahillərinə qərb istiqamətli güclü küləklər nəticəsində çıxarılıb", - deyə komitədən bildirilib.

Xəzər suitisi yalnız Xəzər dənizinin akvatoriyasında yaşayan endemik növdür. O, dəniz ekosisteminin sağlamlıq vəziyyətini qiymətləndirməyə imkan verən bioindikator hesab olunur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости