https://news.day.az/azerinews/1828641.html Bakı–Supsa neft kəməri ilə neft nəqlinin həcmi açıqlanıb Bu il aprelin 1-nə qədər Bakı-Supsa neft kəməri ilə 738 milyon barel neft nəql olunub. Day.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir. Qeyd edilib ki, bu kəmər 1999-cu il aprelin 17-də istismara verilib.

Bakı–Supsa neft kəməri ilə neft nəqlinin həcmi açıqlanıb

Azərbaycanca, 17 апреля 2026 19:40 (UTC +04:00) 309
Bakı–Supsa neft kəməri ilə neft nəqlinin həcmi açıqlanıb

Bu il aprelin 1-nə qədər Bakı-Supsa neft kəməri ilə 738 milyon barel neft nəql olunub.

Day.Az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

 

Qeyd edilib ki, bu kəmər 1999-cu il aprelin 17-də istismara verilib.

"Bu kəmər Azərbaycanın müasir enerji strategiyasında mühüm yer tutaraq, Azərbaycan neftinin Qara dəniz vasitəsilə dünya bazarına çıxışını təmin edir. O, "Əsrin müqaviləsi"ndən sonra həyata keçirilən ilk beynəlxalq ixrac layihələrindən biri kimi Azərbaycan neftinin ilk dəfə Qərb istiqamətində ixracını mümkün edib. Bakı-Supsa neft kəməri regionda enerji əməkdaşlığının inkişafına töhfə verərək, sonrakı iri nəql layihələrinin reallaşdırılması üçün möhkəm zəmin yaradıb", - məlumatda vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости