https://news.day.az/azerinews/1828886.html Messi karyerasının 905-ci qolunu vurdu Şimali Amerika Futbol Liqasında (MLS) növbəti oyunlar keçirilib. "İnter Mayami" səfərdə "Kolorado Repidz"in qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, "İnter Mayami"nin heyətində ulduz futbolçu Lionel Messi dubl edərək qələbədə əsas pay sahibi olub.

Messi karyerasının 905-ci qolunu vurdu

Azərbaycanca, 19 апреля 2026 11:47 (UTC +04:00) 370
Messi karyerasının 905-ci qolunu vurdu

Şimali Amerika Futbol Liqasında (MLS) növbəti oyunlar keçirilib. "İnter Mayami" səfərdə "Kolorado Repidz"in qonağı olub. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, "İnter Mayami"nin heyətində ulduz futbolçu Lionel Messi dubl edərək qələbədə əsas pay sahibi olub. Komandanın digər qoluna isə Herman Berterame imza atıb. Meydan sahiblərinin qollarını Rafael Navarro və Darren Yapi vursalar da, bu, məğlubiyyətdən qaçmaq üçün kifayət etməyib.

Bu nəticə ilə ardıcıl iki heç-heçədən sonra qalib gələn "İnter Mayami" MLS-də məğlubiyyətsizlik seriyasını altı matça yüksəldib. "Kolorado Repidz" isə son üç oyunda ikinci məğlubiyyətini alıb.

Messi bu oyunda karyerasının 905-ci qolunu vurub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости