Fişəng fabrikində PARTLAYIŞ:

Hindistanda yerləşən fişəng istehsalı müəssisəsində partlayış olub.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Tamil Nadu əyalətində, Virudhunagar bölgəsinin Kattanarpatti kəndində baş verib.

Hadisə nəticəsində 23 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.

Məlumata görə, partlayış işçilərin xammal üzərində işlədiyi zaman fabrikin ön hissəsində qeydə alınıb və alov qısa müddətdə bütün əraziyə yayılıb.

Hadisə yerinə cəlb olunan xilasetmə və yanğınsöndürmə qrupları 23 işçinin cəsədini çıxarıb, yaralılar isə yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Polis hadisə ilə bağlı araşdırma aparır və fabrikin icazəsiz şəkildə fəaliyyət göstərdiyi müəyyən edilib.