https://news.day.az/azerinews/1832491.html Rumıniyada hökumət devrildi Rumıniya parlamentində hökumətə qarşı irəli sürülən etimadsızlıq (qətnamə) səsverməsi qəbul edilib. Səsvermədə iştirak edən 402 deputatdan 281-i hökumətin əleyhinə səs verib.

Rumıniyada hökumət devrildi

Azərbaycanca, 5 мая 2026 16:28 (UTC +04:00) 297
Rumıniyada hökumət devrildi

Rumıniya parlamentində hökumətə qarşı irəli sürülən etimadsızlıq (qətnamə) səsverməsi qəbul edilib. Səsvermədə iştirak edən 402 deputatdan 281-i hökumətin əleyhinə səs verib.

Day.Az xarici KİV-ə istinadən məlumat verir ki, Sosial Demokrat Partiyası (PSD) və sağçı Rumınların Birlik Alyansı (AUR) tərəfindən Baş nazir İlije Bolojanın rəhbərlik etdiyi hökumətə qarşı təqdim olunan təşəbbüs parlamentdə çoxluq qazanıb və nəticədə hökumət istefaya göndərilib.

Qeyd edək ki, Bolojan hökuməti 2025-ci ilin iyun ayında fəaliyyətə başlamışdı. Son dövrlərdə koalisiya daxilində yaranan fikir ayrılıqları və bir sıra nazirlərin istefası siyasi böhranın dərinləşməsinə səbəb olmuşdu.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости