https://news.day.az/azerinews/1832947.html Paşinyan Rusiyada 9 may paradında iştirak etməyəcək Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada mayın 9-da keçiriləcək Qələbə paradında iştirak etməyəcək. Day.Az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan bu barədə Rusiya Prezidenti Vladimir Putini öncədən məlumatlandırdığını bildirib. Paşinyanın sözlərinə görə, bu, Ermənistanda seçki kampaniyasının başlaması ilə əlaqədardır.

Paşinyan Rusiyada 9 may paradında iştirak etməyəcək

Azərbaycanca, 7 мая 2026 15:48 (UTC +04:00) 283
Paşinyan Rusiyada 9 may paradında iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyada mayın 9-da keçiriləcək Qələbə paradında iştirak etməyəcək.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan bu barədə Rusiya Prezidenti Vladimir Putini öncədən məlumatlandırdığını bildirib.

Paşinyanın sözlərinə görə, bu, Ermənistanda seçki kampaniyasının başlaması ilə əlaqədardır.

"Rusiya Federasiyasına aprel ayında etdiyim səfər zamanı RF prezidentinə bildirdim ki, seçki kampaniyası ilə əlaqədar 9 Mayla bağlı tədbirlərdə iştirak edə bilməyəcəyəm. Artıq ona bildirmişəm ki, seçki kampaniyasında iştirak edəcəyəm", - deyə Paşinyan qeyd edib.

Qeyd edək ki, Paşinya və Putin arasında görüş aprelin 1-də Moskvada baş tutub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости