https://news.day.az/azerinews/1833694.html
FHN-in əməkdaşı Heydər Əliyev zirvəsinə yürüş edib - FOTO
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub. Bu barədə Day.Az-а Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Sima Səfərova da təşkil olunan yürüşdə iştirak edib.
FHN-in əməkdaşı Heydər Əliyev zirvəsinə yürüş edib - FOTO
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 103-cü doğum günü münasibətilə Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub.
Bu barədə Day.Az-а Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Sima Səfərova da təşkil olunan yürüşdə iştirak edib.
Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında, Qızılqaya silsiləsində yerləşən və dəniz səviyyəsindən 3751 metr hündürlükdə olan Heydər Əliyev zirvəsinə qalxıblar.
Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefi ziyarət olunaraq, onun əziz xatirəsi ehtiramla yad edilib.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре