Sümükləri gücləndirmək üçün nə yeməli? Həkimlər 50 yaşdan sonra vacib qidaları

Həkimlər bildirir ki, 50 yaşdan sonra xüsusilə qadınlarda sümük kütləsi azalır və osteoporoz riski artır.

Day.Az xəbər verir ki, bunun qarşısını almaq üçün gündəlik qidalanmada kalsium və D vitamini ilə zəngin məhsullara üstünlük verilməlidir.

Mütəxəssislər süd məhsulları, yaşıl yarpaqlı tərəvəzlər, balıq, yumurta və soya məhsullarının sümüklər üçün faydalı olduğunu deyir. D vitamini isə kalsiumun mənimsənilməsinə kömək edir.

Həkimlər həmçinin fiziki aktivliyi artırmağı, kifayət qədər zülal qəbul etməyi, alkoqolu məhdudlaşdırmağı və mütəmadi tibbi müayinədən keçməyi tövsiyə edir.