https://news.day.az/azerinews/1838993.html Ərdoğan və Paşinyan təbrikləşiblər Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıblar. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. "Ermənistanın hökumət başçısı Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib.

Ərdoğan və Paşinyan təbrikləşiblər

Azərbaycanca, 3 июня 2026 13:15 (UTC +04:00) 222
Ərdoğan və Paşinyan təbrikləşiblər

Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı aparıblar.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Ermənistanın hökumət başçısı Türkiyə Prezidentini Qurban bayramı münasibətilə təbrik edib. Prezident Ərdoğan isə Baş nazir Paşinyanı 51 yaşının tamam olması münasibətilə təbrik edib", - deyə məlumatda bildirilib.

Qeyd olunur ki, tərəflər ikitərəfli gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıb və təmasların intensivləşməsindən məmnunluq ifadə ediblər.

"Xüsusilə Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Ermənistana səfəri, Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət prosedurlarının qurulması barədə qərar, eləcə də Ermənistanın ixracı və ölkəyə idxalın həyata keçirilməsi məqsədilə Axalkalaki (Gürcüstan) - Qars (Türkiyə) dəmir yolunun açılması qeyd olunub", - deyə məlumatda bildirilir

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости