https://news.day.az/azerinews/1838998.html Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq - FOTO Bu il 50 illiyi tamam olan Sərsəng su anbarında yenidənqurma işlərinə start veriləcək.

Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq - FOTO

Azərbaycanca, 3 июня 2026 13:28 (UTC +04:00) 268
Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq

Bu il 50 illiyi tamam olan Sərsəng su anbarında yenidənqurma işlərinə start veriləcək.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) tərəfindən Xankəndi şəhəri və Ağdərə rayonuna təşkil edilən mediatur çərçivəsində jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.

Onun sözlərinə görə, layihə çərçivəsində strateji əhəmiyyət daşıyan hidrotexniki qurğuların modernləşdirilməsi nəzərdə tutulur.

Sədr müavini vurğulayıb ki, 2022-2023-cü illərdə Suqovuşan hidroqovşağında, Tərtərçay magistral kanalında və sol sahil kanalında əsaslı təmir işləri həyata keçirilib:

"Sağ sahil kanalının yenidən qurulması isə ərazilər minalardan tam təmizləndikdən sonra aparılacaq",-deyə o əlavə edib.

  • Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq
  • Bu il Sərsəng su anbarında yenidənqurma işlərinə başlanılacaq
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости