Rusiya Azərbaycanın Aİİ-yə yaxınlaşmasına hərtərəfli dəstək verməyə hazırdır - Qaluzin
Rusiya Azərbaycanla münasibətlərin hərtərəfli inkişafına hədəflənib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forum çərçivəsində keçirilən sessiyada çıxışında bildirib.
"Rusiya tərəfinin Azərbaycan Respublikası ilə əlaqələrin bütün spektri üzrə ardıcıl və mərhələli inkişafın davam etdirilməsinə dair prinsipial mövqeyinin dəyişməz qaldığını təsdiqləmək istərdim. Biz belə hesab edirik ki, bu, Rusiya və Azərbaycan xalqlarının fundamental maraqlarına cavab verir. Buna görə də, əlaqələrimizin inkişafında əldə olunmuş tempi zəiflətmək niyyətində deyilik", - deyə diplomat bildirib.
Qaluzin həmçinin bildirib ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşmasına hərtərəfli dəstək verməyə hazırdır və bunun Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcəyinə inanır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре