https://news.day.az/azerinews/1839456.html Vətəndaşlara 122 milyon manat geri qaytarılıb 2026-cı ilin yanvar-may ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 122 milyon 161,4 min manat məbləğində vəsait geri qaytarılıb.

Vətəndaşlara 122 milyon manat geri qaytarılıb

Azərbaycanca, 5 июня 2026 13:23 (UTC +04:00) 282
Vətəndaşlara 122 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar-may ayları ərzində dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 122 milyon 161,4 min manat məbləğində vəsait geri qaytarılıb.

Maliyyə Nazirliyindən Day.Az-a bildirilib ki, geri qaytarılan vəsaitlər fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində aldıqları mallara, mədəniyyət (teatr, kino, muzey, konsert), tibbi xidmətlərə, o cümlədən işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərinə, habelə əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Bununla yanaşı, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları da geri qaytarılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости