Türkiyədə 1 tondan çox narkotik vasitə qaçaqmalçılığının qarşısı alınıb
Türkiyənin Ticarət Nazirliyinin Gömrük Mühafizəsi Baş İdarəsinin əməkdaşları Bolqarıstanla sərhəddə yerləşən Kapıkule sərhəd-keçid məntəqəsində həyata keçirdikləri bir neçə əməliyyat zamanı ümumilikdə 1 ton 153 kiloqram narkotik vasitə müsadirə ediblər.
Day.Az xəbər verir ki, bu barədə ölkənin Ticarət Nazirliyi məlumat yayıb.
Məlumata görə, yük avtomobillərindən birində ümumi çəkisi 526 kiloqramdan çox olan 450 bağlama marixuana, digər yük avtomobilində isə çəkisi təxminən 627 kiloqram olan 530 bağlama narkotik vasitə aşkarlanıb.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, müsadirə olunan narkotik vasitələrin ümumi dəyəri 133 min ABŞ dollarından çoxdur.
Faktla bağlı araşdırma davam etdirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре