Komplekslərdən necə qurtulmaq olar?

Boyu, çəkisi, səsi, maddi imkanı və ya təhsili ilə bağlı narahatlıqlar bəzi insanlarda komplekslərin formalaşmasına səbəb olur.

Day.Az Xəzərxəbər-ə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, bu hisslər uzun müddət davam etdikdə insanın psixoloji vəziyyətinə və sosial münasibətlərinə mənfi təsir göstərərək onu cəmiyyətdən uzaqlaşdıra bilər.

Psixoloqlar bildirirlər ki, komplekslərin yaranmasında uşaqlıq dövründə eşidilən tənqidlər, ailə münasibətləri, məktəb mühiti və cəmiyyətin yaratdığı gözləntilər mühüm rol oynayır. Onların sözlərinə görə, problem çox vaxt xarici görünüşdə deyil, insanın özünə münasibətində, qəbul edilmək və bəyənilmək istəyində gizlənir.

Mütəxəssislər hesab edirlər ki, kompleksləri azaltmaq üçün ilk növbədə insan özünəinamını gücləndirməli və düşüncə tərzini dəyişməlidir. Özünü başqaları ilə deyil, yalnız əvvəlki halı ilə müqayisə etmək isə sağlam psixologiyanın vacib şərtlərindən biri sayılır.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli