https://news.day.az/azerinews/1849258.html
Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Day.Az xəbər verir ki, hadisə Pirallahı qəsəbəsində, "Abşeronneft" NQÇİ-nin ərazisində qeydə alınıb. Məlumata görə, 1965-ci il təvəllüdlü İlqar Bağır oğlu Şabanovun idarə etdiyi "Isuzu" markalı avtobus geriyə hərəkət edərkən piyadanı vurub.
Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az xəbər verir ki, hadisə Pirallahı qəsəbəsində, "Abşeronneft" NQÇİ-nin ərazisində qeydə alınıb.
Məlumata görə, 1965-ci il təvəllüdlü İlqar Bağır oğlu Şabanovun idarə etdiyi "Isuzu" markalı avtobus geriyə hərəkət edərkən piyadanı vurub.
Nəticədə 1969-cu il təvəllüdlü Pirallahı rayon sakini Teyyub Ənvər oğlu Məmmədov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре