Cəlilabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Cəlilabad rayonunda yol qəzası baş verib.

Day.Az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.

Həkətdə olan "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar rayon xəstəxanaya hospitalizasiya olunublar.