Prezident İlham Əliyev ilə Federal Kansler Fridrix Mertsin təkbətək və geniş tərkibdə görüşü keçirilib
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə təkbətək görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, sonra görüş geniş tərkibdə davam etdirildi.
Görüşdə Azərbaycan ilə Almaniya arasında strateji gündəliyə dair imzalanmış sənədin əhəmiyyəti vurğulandı. Həmçinin sənəddən irəli gələrək iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün işçi qrupların yaradılması və bu istiqamətdə sistemli işin aparılmasının vacibliyi qeyd edildi.
Söhbət zamanı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol qeyd olundu, həmçinin Orta Dəhlizin əhəmiyyəti vurğulandı. Eyni zamanda, iki ölkə arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunuldu və regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Federal Kansler Fridrix Merts Azərbaycanla Ermənistan arasında sülh gündəliyi istiqamətində əldə olunmuş nailiyyətlər münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, Almaniyanın regionda sülhün gücləndirilməsi üçün səylərini əsirgəməyəcəyini və hər zaman buna dəstək verməyə hazır olduğunu bildirdi.
Xəbər yenilənəcək
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре