"Aygün Kazımova zəng vurub..." - Tolik

Day.Az представляет новость на азербайджанском языке

"Bəzi müğənnilər mənim Dağıstanın "əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülməyimə inanmır. Hətta bəziləri Dağıstana zəng edib, xəbəri dəqiqləşdirmək istəyib".

Axşam.az-ın məlumatına görə, bu sözləri "Hər şey daxil" verilişində prodüser Tolik deyib. O, həmkarlarının onu təbrik etməməsindən gileylənib:

"Bu haqda 182 min izləyici olan İnstaqram səhifəmdə yazdım. Bunu özbaşına və yalandan edə bilməzdim. Mənə Aygün Kazımova, Natavan Həbibi, İlqar Muradov və başqaları zəng vurdu, təbrik etdi. Amma həmkarlarımdan heç kim məni təbrik etmədi". 

Tolik əməkdar artist Elnarə Abdullayevanın "Övladıma müğənni qız almaram" sözlərindən də danışıb. O, E.Abdullayevanın adını çəkmədən bunları deyib:

"Bəzi müğənnilər çıxıb deyir ki, "Oğluma müğənni qız almaram". Bu düz deyil. Məsələn, idmançı Kamil Zeynallı ilə müğənni Gülay Zeynallı ailə həyatı qurub və onunla fəxr edir. Hər yerə birlikdə gedirlər. İnsanın canında varsa, edəcək. Samira da namazqılandır və ailəlidir. Hərdən bəzi müğənnilər çıxıb ağıllı fikir söyləmək istəyirlər ki, xalqın xoşuna gəlsin, şou-biznesi alçaltsın. Amma anlamır ki, o fikri deyən insan şou-biznesin içindən yemək yeyir. Adam yediyi qaba tüpürməz. Şou-biznesi aşağılamaq olmaz".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.