"Vəzifəmdən getməyi istisna etmirəm"

Day.Az представляет новость на азербайджанском языке

"Milan"ın baş məşqçisi Sinişa Mixayloviç "Lazio" ilə oyunun (1:1) nəticəsini şərh edib. Day.Az

goal.az-a istinadən xəbər verir ki, serb mütəxəsis mövsümün sonunda komandanı tərk edəcəyini istisna etməyib.

"Biz "Fiorentina" və "İnter"ə yaxınlaşmaq üçün növbəti şansı əldən verdik. İkinci hissədə üstünlük bizim tərəfimizdə idi. Bir sıra təhlükəli vəziyyət yaratdıq. Amma qol vurmasan, qalib gələ bilməzsən. Berluskoni tərəfindən tənqid? Klub prezidentləri bir-birindən ciddi fərqlənmir. Onlar fikirlərini bildirir, qiymətləndirir və mövsümün sonunda məşqçini komandada saxlayır və ya göndərirlər. Vəzifəmdən getməyi istisna etmirəm. Amma dəfələrə demişəm, müqaviləmin bitməsinə daha bir il qalıb. Birlikdə davam etməyə qərar versək, belə olacaq. Klub prezidenti və ya mən buna maraqlı olmasaq, alınmayacaq. Hər kəs öz yolu ilə gedəcək. "Lazio"ya geri qayıtmaq? 6-7 və ya 10 ildən sonra niyə də yox? Amma, hazırda bu barədə düşünmürəm və "Milan"dakı işimə köklənmişəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.