Acun "Kurtlar Vadisi"ni alt-üst etdi - VİDEO

Day.Az представляет новость на азербайджанском языке
Acun Ilıcalı türk televiziya tarixinə damğasını vurdu.
Ölkə.Az xəbər verir ki, məşhur prodüser, aparıcı və türk televiziyalarında bir çox proqramın ideya müəllifi və rəhbəri Acun Ilıcalı son 10 ildə izlənmə rekordları qıran "Kurtlar Vadisi Pusu"nun rekordunu alt-üst edərək Tv8-də yayımlanan "SURVİVOR" tok-şousu ilə ən çox izlənənlər siyahısında birinci oldu.
Uzun illərdir bütün reytinq cədvəllərinə başçılıq edən "Kurtlar Vadisi Pusu" serialı keçən cümə axşamı birinciliy "SURVİVOR"a uduzub.
Xatırladırıq ki, "Kurtlar Vasdisi" Türkiyədə və onun hüdudlarından kənarda ən çox sevilən seriallardan biridir və 10 ilə yaxındır ki, televiziya verilişləri arasında ən çox izlənən kimi birinci yerdədir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре