İnstaqram-da çoxdan gözlənilən

Day.Az представляет новость на азербайджанском языке

İnstaqram sosial şəbəkəsində "Stories" adlı yeni funksiya istifadəyə verilib. Bu funksiya istifadəçilərə müəyyən müddətli kontenti bölüşməyə imkan verir.
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, həmin funksiya fotoları və videoları 24 saat sonra akkauntdan silir.

Fotolarla video "Stories" adlanan slayd-şou formatındadır. "Stories"də mətndən və ya rəsm çəkmək alətlərindən istifadə etmək olar. İstifadəçi "Stories"i paylaşarsa, onun profil fotosunun ətrafında parlaq çevrə peyda olur. İstifadəçi konfidensiallıq ayarları vasitəsilə kimin onun "Stories"inə baxa biləcəyini müəyyənəşdirə bilər. "Stories"in yanında "Bəyəndim" düyməsi olmayacaq.

İnstaqram faktiki olaraq Snapchat-dakı funksiyanı təkrarlayıb. Snapchat-da bu funksiya "Memories" adlanır və istifadəçilərə öz kontnetlərini paylaşmağa imkan verir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.