Baş nazirdən xəbərdarlıq zəngi - "İŞİD sənə sui- qəsd hazırlayıb"
Day.Az представляет новость на азербайджанском языке
Türkiyə baş naziri Binəli Yıldırım İŞİD-in sui-qəsd planlaşdırması ilə bağlı əldə edilən gizli məlumatdan sonra gecə yarısı müxalifət lideri Kılıçdaroğluna zəng etməsi ortaya çıxıb.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, baş nazir dekabrın 29-u, yeni il gecəsi CHP liderinə zəng edərək İŞİD-in ona qarşı sui-qəsd planlaşdırdığını və bu səbəbdən onu zirehli avtomobillə təmin etmək istədiklərini deyib.
Məlum olub ki, İŞİD sui-qəsd planı üçün siyasətçinin kortejindəki avtomobillərin eynisini seçərək bu şəkildə diqqət çəkmədən Kılıçdaroğlunun olduğu maşına yaxınlaşacaq və özünü partladacaqdı.
Baş nazir təhlükəsizlik məqsədi ilə eyni təklifi MHP liderinə də edib, lakin Kılıçdaroğludan fərqli olaraq, Baxçalı qəbul etməyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре