17 yanvarda matəm elan oluna bilər

Day.Az представляет новость на азербайджанском языке

Qırğızıstanda 17 yanvar tarixinin matəm elan olunması ilə bağlı fərman hazırlanır.

Day.Az Trend-ə istinadən xəbər veirr ki, bu barədə RİA Novosti-yə Qırğızıstan Prezidentinin mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, bu gün səhər saatlarında Bişkek yaxınlığında Türkiyənin "Türk Hava Yolları" aviaşirkətinə məxsus "Boeing 747-400" yük təyyarəsi qəzaya uğrayıb.

Təyyarənin yaşayış qəsəbəsi üzərində qəzaya uğraması nəticəsində ekipaj üzvləri və qəsəbə sakinləri də daxil omaqla 32 nəfərin həlak olduğu bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.