Suriya müxalifəti Astanaya gəlmir

Day.Az представляет новость на азербайджанском языке
"Suriya müxalifəti Astanada keçiriləcək Suriya böhranı üzrə görüşdə iştirak etməyəcək".
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu nümayəndə heyətinin üzvü Üsamə Əbu Zeyd deyib.
O bildirib: "Bizim bəyanatımız çox aydındır: müxalifət Astana görüşünün üçüncü raundunda iştirak etməyəcək, belə ki, atəşkəs haqqında vədlərə hələ də əməl olunmur".
Xatırladaq ki, Suriya böhranının həlli üzrə Astana görüşünün üçüncü raundu martın 14-15-də keçiriləcək. Bundan əvvəlki görüşlərdə Suriya müxalifəti, Əsəd hakimiyyəti, Türkiyə, Rusiya və İran nümayəndələri iştirak ediblər.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре