"Anamdan başqa itirəcəyim kimsəm yoxdur"

Day.Az представляет новость на азербайджанском языке
Aparıcı Seren Serengilin müğənni Əmrahın oğlu Tayfunun atasından o ölmədən ev istəməsi iddialarına qarşı tərəfin cavabı gecikməyib.
Day.Az axşam.az-a istinadən bildirir ki, Tayfun aparıcıya olan əsəbini cilovlaya bilməyib:
"Mən susduqca danışmağa davam edənlər, Allahdan qorxun... Mənim atama belə bir söz deyəcəyimi necə düşünə bilirsiniz? Bunu sübut edən görüntü, fakt, sənəd ortaya çıxarsınlar canlı efirə çıxıb üzr istəyəcəyəm. Mənim anamdan başqa itirəcəyim heç kimim yoxdur. Vicdanınız varsa, belə iftiralar atmazdınız".
Xatırladaq ki, Seren Serengil verilişində Tayfunun Əmraha "Aramızda bir o qədər yaş fərqi yoxdur. Sənin ölməyini gözləyə bilmərəm, evlərindən birini adıma keçir" dediyini iddia etmişdi.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре