Ronaldu Messiyə olan münasibətindən danışdı: "Evinə getmirəm.."

Day.Az представляет новость на азербайджанском языке

Real"ın hücumçusu Kriştianu Ronaldu dünyanın ən güclü futbolçusu adı uğrunda mübarizə apardığı "Barselona"nın forvardı Lionel Messiyə olan münasibətindən danışıb.

Xeberle.com bu barədə "Çempionat"a istinadən xəbər verir. 

"Mən yaxşı oyunçuları izləməyi sevirəm, Messi isə əla futbolçudur. Əlbəttə, mən onun oyununu böyük zövqlə izləyirəm. Bizim münasibətlərimiz yaxşıdır və bir-birimizə hörmət edirik. Mən onun evinə qonaq getmirəm və biz birgə nahar etmirik. Onu dostum adlandıra bilmərəm, amma Lionel mənim üçün rəqib yox, həmkardır", - Ronaldunun sözlərini "Fox Sports Argentina"ya istinadən Sport.es sitat gətirib.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.